Reklam resmi
Reklam resmi

MMA döyüşçüsü sevgilisini DÖYDÜ

MMA döyüşçüsü sevgilisini DÖYDÜ
Dünya

Tverdə polis Dağıstandan olan, adı açıqlanmayan 25 yaşlı qarışıq döyüş sənətləri (MMA) üzrə idmançı barəsində cinayət işi üzrə istintaq aparır. İş Rusiya Cinayət Məcəlləsinin 112-ci maddəsi (qəsdən sağlamlığa orta dərəcədə zərər vurma) ilə açılıb.

Ajans.az MK-in Tver portalına istinadən xəbər verir ki, hadisə 19 dekabr tarixində baş verib. Şübhəli şəxs 20 yaşlı sevgilisinin yanına gələrək onunla mübahisə edib. Mübahisə fiziki zorakılığa çevrilib və nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Ona beyin ödemi, üz nahiyəsində sınıqlar və çoxsaylı xəsarətlər diaqnozu qoyulub. Bildirilir ki, qadının əməliyyat olunması planlaşdırılır.

Cinayət axtarışı əməkdaşları şübhəlini Moskva vilayətində saxlayıblar. Hüquq-mühafizə orqanları onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır.

Araşdırma davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya MMA

Digər Xəbərlər