Özbəkistan əskinası ilə bağlı video sosial mediada müzakirələrə SƏBƏB OLUB
Sosial şəbəkələrdə Çin vətəndaşlarının Özbəkistana məxsus 2000 sumluq əskinasdan siqaret yandırmaq üçün istifadə etdiyini əks etdirən video yayılıb.
Ajans.az xəbər verir ki,kadrlarda əskinasın tamamilə yandırılmadığı, yalnız od əldə etmək məqsədilə istifadə edildiyi görünür. Videonun kim tərəfindən, hansı şəraitdə və hansı məqsədlə çəkildiyi barədə məlumat yoxdur.
Paylaşım sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisəyə müxtəlif cür reaksiya verərək, çaşqınlıqdan tənqidə qədər fərqli fikirlər səsləndiriblər.

Mövzular: