Reklam resmi
Reklam resmi

Məşhur reper həbsdən dərhal azad olunmasını TƏLƏB EDİR

Məşhur reper həbsdən dərhal azad olunmasını TƏLƏB EDİR
Dünya

Amerikalı reper və prodüser P. Diddy (əsl adı Şon Kombs) məhkəmədən onun həbsxanadan dərhal azad edilməsini tələb edib.

Ajans.az xəbər verir ki,bu barədə Variety jurnalı məlumat yayıb.

Məlumata görə, sənətçinin vəkilləri Nyu-Yorkdakı İkinci Dairə üzrə Federal Apelyasiya Məhkəməsinə təcili ərizə təqdim ediblər. Müdafiə tərəfi hökmün ləğv edilməsini və ya cəzanın əhəmiyyətli dərəcədə azaldılması məqsədilə işə yenidən baxılmasını istəyir.

P. Diddy-nin hüquqşünasları bildiriblər ki, hakim hökm çıxararkən həddindən artıq sərt mövqe nümayiş etdirib və hüquqi səhvlərə yol verib. Hüquq mütəxəssislərinin fikrincə, oxşar ittihamlarla üzləşən şəxslər adətən 15 aya qədər azadlıqdan məhrumetmə cəzası alırlar.

Qeyd olunur ki, buna baxmayaraq, P. Diddy 50 ay müddətinə həbs cəzasına məhkum edilib. Apelyasiya instansiyasının müraciətə nə vaxt baxacağı hələlik açıqlanmayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
P. Diddy ABŞ

Digər Xəbərlər