Reklam resmi
Reklam resmi

Təyyarə qəzasının araşdırılması üçün dörd prokuror təyin edildi

Təyyarə qəzasının araşdırılması üçün dörd prokuror təyin edildi
Dünya

Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan və Liviya Baş Qərargah rəisini, eləcə də onu müşayiət edən şəxsləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı istintaq başlanılıb.

Ajans.az-ın məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.

Nazirin sözlərinə görə, qəzanın araşdırılması üçün bir dövlət prokurorunun müavini tərəfindən koordinasiya edilən dörd prokuror təyin olunub.

İstintaq çərçivəsində qəzanın səbəblərinin və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mövzular:
Türkiyə Qəza

Digər Xəbərlər