Reklam resmi
Reklam resmi

Qanada kriptovalyuta ilə ticarəti leqallaşdırıldı

Qanada kriptovalyuta ilə ticarəti leqallaşdırıldı
Dünya

"Qana parlamenti kriptovalyutalarla ticarətin leqallaşdırılması haqqında qanun qəbul edib və bu sahənin tənzimlənməsi üçün qaydaları müəyyənləşdirib".

Ajans.az "Graphic Business" nəşrinə istinadən xəbər verir ki, bunu Qana Mərkəzi Bankının sədri Conson Asiama bildirib.

Sənəd Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə hazırlanıb və rəqəmsal aktivlər bazarı üçün vahid və sistemli tənzimləyici çərçivə yaratmağı hədəfləyir.

"Bu, sadəcə yeni bir qanun deyil, daha səmərəli siyasətin formalaşdırılması və daha ciddi nəzarətin həyata keçirilməsi üçün əsasdır", - deyə Asiama vurğulayıb.

Onun sözlərinə görə, indiyədək tənzimləmənin olmaması istifadəçiləri fırıldaqçılıq, çirkli pulların yuyulması və sistemli risklərlə üz-üzə qoyurdu.

Mövzular:
Qanada

Digər Xəbərlər