Reklam resmi
Reklam resmi

Özbəkistanda məktəb direktoru şagirdin telefonunu lövhəyə mismarnan VURUB

Özbəkistanda məktəb direktoru şagirdin telefonunu lövhəyə mismarnan VURUB
Dünya

Sosial şəbəkələrdə Özbəkistanda məktəb direktorunun şagirdin mobil telefonunu əlindən alaraq lövhəyə vururmaq anları əks etdirən video yayılıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, telefonun ekranı sinifdə olanların gözü qarşısında çatlayır. Yeniyetmənin hərəkətsiz dayandığı görünür.

Video qısa müddətdə Telegram kanalları və digər platformalarda geniş yayılıb və kəskin müzakirələrə yol açıb. Şərhlərdə istifadəçilərin mövqeləri bölünüb: bir qismi bunu intizam tədbiri kimi qiymətləndirir, digərləri isə davranışı alçaldıcı və qəbuledilməz hesab edir.

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırma aparıldığını bildiriblər. Səmərqənddə səlahiyyətli şəxslər belə bir insidentin baş vermədiyini açıqlasa da, videonun harada və nə vaxt çəkildiyi hələlik dəqiqləşdirilməyib. Görüntülər internetdə yayılmağa davam edir və cəmiyyətdə intizamla davranış sərhədləri barədə müzakirələri gücləndirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Özbəkistan mobil telefonu

Digər Xəbərlər