Reklam resmi
Reklam resmi

"Dramatik həbs” sosial mediada müzakirələ SƏBƏB OLUB

\"Dramatik həbs” sosial mediada müzakirələ SƏBƏB OLUB
Dünya

Malayziyada polis əməkdaşının şübhəlini qeyri-adi üsulla saxlaması əks olunan video internetdə geniş müzakirələrə səbəb olub. Hadisə Kota Kinabalu şəhərində baş verib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, küçələrdə təqibdən sonra polis şübhəlilərin avtomobilini saxlayıb. Lakin sürücü qapını kilidləyərək maşından çıxmaqdan imtina edib. Bundan sonra polis əməkdaşı avtomobilə yaxınlaşıb və qapını əlləri ilə zorla açaraq sürücünü saxlayıb.

Sonradan müəyyən edilib ki, saxlanılan şəxslər soyğunçuluqda ittiham olunurlar. Onların yerli bir qadına məxsus, içərisində pul və sənədlər olan çantanı oğurladıqları bildirilir.

Şübhəlilər hadisə yerində saxlanılıb, oğurlanmış əşyalar tapılaraq sahibinə qaytarılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

@tengrinewskz

В Малайзии полицейский эффектно задержал подозреваемого после погони по улицам Кота-Кинабалу. Машину удалось остановить, но водитель заперся и выходить отказался. Тогда силовик подошел, схватился за дверь и буквально вырвал ее голыми руками. Позже стало известно, что мужчин разыскивали по делу об ограблении. У местной жительницы украли сумку с деньгами и документами. Подозреваемых задержали на месте, похищенное нашли и вернули владелице.

♬ som original - ?~

author picture
Leyla Bayandurlu
Mövzular:
Malayziya polis

Digər Xəbərlər