Reklam resmi
Reklam resmi

Putin uşaq evliliyini DƏSTƏKLƏYİB: "Qafqazdakı kimi"

Putin uşaq evliliyini DƏSTƏKLƏYİB: \"Qafqazdakı kimi\"
Dünya

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, ruslar Qafqaz nümunəsini izləməli və uşaqlarını “kifayət qədər erkən yaşda” evləndirməlidirlər.

Ajans.az xəbər verir ki,bu açıqlama 19 dekabrda Prezidentlə keçirilən canlı sual-cavab sessiyası zamanı verilib.

Sessiyada tələbə jurnalist bildirib ki, 23 yaşındadır və səkkiz ildir görüşdüyü qızla evlənmək istəyir.

Putin cavabında deyib: “Deməli, 15 yaşından bəri birlikdəsiniz? Əla, bu, əladır. Qafqazda çox yaxşı bir ənənə var – uşaqları kifayət qədər erkən yaşda evləndirirlər. Bu, həqiqətən doğru bir şeydir; biz də onların nümunəsini izləməliyik. Ramzan Kadırovun böyük bir ailəsi, çoxlu uşaqları var. Onlar kifayət qədər erkən yaşda evlənirlər. O mənə dedi ki, ‘Bizim bütün Qafqazda bu ənənəmiz var. Bu, əladır.’”

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər