Reklam resmi
Reklam resmi

Suriya İŞİD-ə qarşı mübarizəni GÜCLƏNDİRİR

Suriya İŞİD-ə qarşı mübarizəni GÜCLƏNDİRİR
Dünya

Suriya hakimiyyəti İŞİD qruplaşmasına qarşı mübarizəni ölkənin hələ də təhlükə altında olan bütün bölgələrində gücləndirməyə davam edəcək.

Ajans.az-ın  məlumatına görə, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Suriya hələ də təhdid yaratdığı bütün ərazilərdə İŞİD-ə qarşı hərbi əməliyyatların intensivliyini artırmağa davam edəcək.

XİN hazırkı hakimiyyətin İŞİD-lə mübarizəyə sadiqliyini təsdiqləyib və qrupun tərəfdarlarının Suriya ərazisində sığınacaqlarının saxlanmasının yolverilməz olduğunu bildirib. Nazirlik ABŞ-ni və beynəlxalq koalisiyada iştirak edən ölkələri Suriyanın terrorizmə qarşı mübarizə səylərini dəstəkləməyə, bununla da mülki əhalinin qorunmasına və regionda təhlükəsizlik və sabitliyin bərpasına töhfə verməyə çağırıb

Mövzular:
Suriya İŞİD

Digər Xəbərlər