Zelenski Polşa prezidentinin adını səhv DEDİ
Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya səfəri çərçivəsində keçirilən mətbuat konfransında Polşa Prezidenti Karol Navrotskinin adını səhv deyib.
Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, Zelenski çıxışı zamanı Polşa liderini “Karl” adlandırıb.
“Biz bu gün Karl ilə bunu müzakirə etdik”, – deyə Zelenski bildirib.
Nəşr qeyd edir ki, Karl və Karol eyni adın müxtəlif dil formalarıdır və əsas fərq transliterasiya və dil ənənələri ilə bağlıdır. Şərqi Avropa ölkələrində Karol adı daha çox istifadə olunur.
Mövzular: