Reklam resmi
Reklam resmi

Putin: “Ukrayna hələ sülhə hazır deyil”

Putin: “Ukrayna hələ sülhə hazır deyil”
Dünya

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hazırda sülh danışıqlarına hazır olmadığını bildirib. O, bu fikri birbaşa yayım zamanı aparıcıların “Müharibə, yoxsa sülh?” sualına cavabında səsləndirib.

Ajans.az xəbər verir ki,yekun mətbuat konfransı rəsmi VKontakte səhifəsində yayımlanıb.

Putin qeyd edib ki, Rusiya münaqişəyə diplomatik yolla son qoymağa hazırdır. Onun sözlərinə görə, sülh prosesi ötən ilin iyun ayında Rusiya Xarici İşlər Nazirliyində səsləndirdiyi prinsiplər əsasında həyata keçirilməlidir.

“Bu münaqişəyə sülh yolu ilə son qoymaq mümkündür. Bunun üçün böhrana səbəb olan kök səbəblər aradan qaldırılmalıdır”, – deyə Rusiya Prezidenti vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər