Dəhşətli təyyarə QƏZASI
ABŞ-ın Şimali Karolina ştatında şəxsi təyyarə qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki,hadisə Statesville hava limanına yaxınlaşarkən baş verib.
İlkin məlumatlara görə, təyyarədə olan altı nəfərdən yalnız biri sağ qalıb, beş nəfər isə həyatını itirib. Yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Qəzanın başvermə səbəbləri və şəraiti hazırda aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Qeyd edək ki, Statesville hava limanı, o cümlədən NASCAR yarış komandaları tərəfindən də istifadə olunur.
Mövzular: