Tehranda kafelərin açılması TƏNQİD OLUNUB
İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili Tehranda çoxsaylı kafelərin fəaliyyətə başlamasını tənqid edib.
Ajans.az Azad İran Teleqram kanalına istinadən xəbər verir ki,Cəlili televiziya ilə yayımlanan çıxışında paytaxtda kafelərin sürətlə artdığını və bunun yeni bir həyat tərzinin formalaşmasına gətirib çıxardığını bildirib. Onun sözlərinə görə, bu proses cəmiyyətin əsas dəyərlərinə təhlükə yaradır.
“Onlar ailələri belə məhv etmək istəyirlər”, – deyə Səid Cəlili vurğulayıb.
Mövzular: