Reklam resmi
Reklam resmi

250-dən çox uçuş təxirə salındı- Bu ölkə

250-dən çox uçuş təxirə salındı- Bu ölkə
Dünya

Hindistanın Delhi şəhəri üzərindəki şiddətli hava çirkliliyinin yaratdığı sıx duman 250-dən çox uçuşun təxirə salınmasına səbəb olub.

Ajans.az "Hindustan Times" nəşrinə istinadən xəbər verir ki, bundan əlavə, zəif görmə məsafəsi səbəbindən daha 22 uçuş ləğv edilib.

Son məlumatlara görə, Delhidə hava keyfiyyəti indeksi 358-ə bərabər olub ki, bu da təhlükəli çirklənmə səviyyəsini göstərir.

Bu problemlə mübarizə aparmaq üçün dekabrın 12-də hökumətin müvəqqəti tədbirləri qüvvəyə minib ki, buraya əsasən ofis işçilərinin hibrid iş qrafikinə keçirilməsi və müəyyən nəqliyyat vasitələrinin şəhərə girişinin qadağan edilməsi daxildir.

Mövzular:
Uçuşlar Hindistan

Digər Xəbərlər