Mədən faciəsi: BU ÖLKƏDƏ...
Zimbabvedəki qızıl mədənində baş verən qaya uçqunu nəticəsində ən azı yeddi nəfər ölüb. Hadisə Maşonaland Qərb əyalətinin Çequtu rayonundakı Alfişa mədənində qeydə alınıb.
Ajans.az The Herald-a istinadən xəbər verir.
Yerli hakimiyyət orqanları bildirir ki, bir çox mədənçilər təhlükəsizlik qaydalarına riayət etmir. Çox vaxt onlar sənaye istehsalının gəlirsizliyi səbəbindən şirkətlər tərəfindən tərk edilmiş mədənlərdə işləyirlər. Alfişa mədənində işçilər çöküntülərə dayaq quraşdıra bilməyib, bu isə qaya uçqununa səbəb olub.
Polis mədəndəki əməliyyatları müvəqqəti dayandırıb. Axtarış-xilasetmə işləri davam edir və faciə nəticəsində ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib.
Mövzular: