Reklam resmi
Reklam resmi

Tayland–Kamboca sərhədindəki münaqişədə 17 əsgər HƏLAK OLUB

Tayland–Kamboca sərhədindəki münaqişədə 17 əsgər HƏLAK OLUB
Dünya

Tayland və Kamboca arasında davam edən sərhəd münaqişəsi nəticəsində 17 Tayland əsgəri həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə “Matichon” qəzeti məlumat yayıb.

Məlumata görə, qarşıdurmalar zamanı dekabrın 15-də Tayland quru qoşunlarının bir zabiti də həlak olub. Bildirilir ki, kiçik çaplı silahlardan istifadə edilən toqquşmalar dekabrın 7-də başlayıb.

Dekabrın 8-də Tayland quru qoşunları Kamboca hərbçilərinin sərhəd zonasındakı mövqeləri atəşə tutduğunu açıqlayıb. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastruktur obyektlərinə zərbələr endirib.

Kamboca rəsmiləri hərbi heyət arasında itkilərlə bağlı rəsmi məlumat açıqlamayıb. Bununla belə, Tayland tərəfinin iddiasına görə, toqquşmalar zamanı 200-dən çox Kamboca əsgəri həlak olub. Kambocanın informasiya naziri Neth Pheaktra isə daha əvvəl münaqişə nəticəsində 15 mülki şəxsin öldüyünü bəyan edib.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır, qarşıdurmaların miqyası və itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayland Kamboca

Digər Xəbərlər