Mirzoyan Lüksemburqa səfər edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 16-da Lüksemburqa işgüzar səfər edəcək.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Səfər çərçivəsində Lüksemburqun xarici işlər naziri Ksavye Bettel ilə görüş planlaşdırılır.
İkitərəfli sənədin imzalanması da gözlənilir.
Mövzular: