Güclü ZƏLZƏLƏ- BU ÖLKƏDƏ...
Rusiyanın Kamçatka bölgəsində 5,6 bal gücündə zəlzələ qeydə alınıb
Ajans.az Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar Kamçatkanın şərq sahili yaxınlığında qeydə alınıb.
Zəlzələ 15 dekabr, bazar ertəsi günü yerli vaxtla saat 20:11-də baş verib. Yeraltı təkanların maqnitudası 5,6 bal təşkil edib ki, bu da seysmoloqlar tərəfindən hiss edilə bilən zəlzələ kimi qiymətləndirilir.
Episentr 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 163 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində ölən və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Mövzular: