Reklam resmi
Reklam resmi

Çexiyada Ətraf Mühit Nazirliyinin damında etiraz aksiyası keçirilib

Çexiyada Ətraf Mühit Nazirliyinin damında etiraz aksiyası keçirilib
Dünya

Beynəlxalq ətraf mühit təşkilatı Greenpeace-in fəalları Praqada Çexiya Respublikasının Ətraf Mühit Nazirliyinin binasının damında etiraz aksiyası keçiriblər.

Ajans.az xəbər verir ki,bu barədə ÇTK xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aksiya bazar ertəsi səhər Praqa qalasında yeni hökumətin təyin olunması mərasimindən əvvəl baş tutub. Fəallar nazirliyin binasına çıxaraq, onlardan bəziləri iplər vasitəsilə binanın fasadından “Təbiəti qoruyun” şüarı yazılmış banner asıblar.

Hadisə yerinə polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda fəalların təhlükəsiz şəkildə damdan endirilməsi yolları müəyyənləşdirilir. Eyni zamanda, onların mühafizə olunan dövlət binasının damına necə çıxa bildikləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çexiya Ətraf Mühit Nazirliyi

Digər Xəbərlər