Zelenski Almaniyaya səfər etdi
Ukrayna Prezidenti Vladimir Zelenski sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfər edib.
Ajans.az xəbər verir ki, “Zeit” nəşri yazıb.
Bildirilib ki, dekabrın 15-də kansler Fridrix Merz və Prezident Vladimir Zelenski, Avropanın bir sıra dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, eləcə də Avropa Birliyinin və NATO-nun yüksək vəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair görüşdə iştirak edəcəklər.
ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Jared Kuşner də görüşdə iştirak etmək üçün Berlinə gəliblər.
Mövzular: