Reklam resmi
Reklam resmi

Nazirlik mənə havayı pul verməyib- Kəramət Böyükçöl

Nazirlik mənə havayı pul verməyib- Kəramət Böyükçöl
Cəmiyyət

Yazıçı Kəramət Böyükçöl Mədəniyyət Nazirliyinin hər il müxtəlif nəşriyyat və müəlliflərdən kitab alması ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

Ajans.az xəbər verir ki, yazıçının sözlərinə görə, nazirlik tərəfindən alınan kitablar dövlət kitabxanalarına paylanmaq məqsədi daşıyır və bu proses illərdir davam edir.

O bildirib ki, bəzi nəşriyyatlardan 100 min, 80 min və 50 min manatlıq, ayrı-ayrı yazıçılardan isə 10 min, 8 min, 7 min, 5 min və 4 min manatlıq kitablar alınıb.

Yazıçı qeyd edir ki, aktyor Bəhram Bağırzadədən 9 min 500 manatlıq, özündən isə 4 min 500 manatlıq kitab alınıb.

Mədəniyyət Nazirliyi onun siyasətə aid olmayan “Səkkizinci gün” və “Əlqəmə” romanlarından hərəsindən 150 nüsxə alıb və bu, ümumilikdə 4 500 manat təşkil edib. Bu məbləğin 900 manatı vergi kimi ödəniləcək, nəticədə 3 600 manat gəlir qalacaq.

O əlavə edib ki, nazirlik ona hər hansı ödənişi qarşılıqsız etməyib, yalnız kitab alışı həyata keçirilib. 

Mövzular:
Kəramət Böyükçöl Yazıçı

Digər Xəbərlər