Reklam resmi
Reklam resmi

Uçuş zamanı bir qadın vəfat edib (VİDEO)

Uçuş zamanı bir qadın vəfat edib (VİDEO)
Dünya

Aktobedən Almatıya DV712 reysi ilə uçuşdan qısa müddət sonra təyyarədə olan bir qadın qəfil dünyasını dəyişib.

Ajans.az SCAT Aviaşirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərnişinin vəziyyəti birdən-birə pisləşib və bu, kabin heyətini dərhal tibbi protokola əməl edərək ilkin yardım göstərməyə vadar edib.

Təyyarədə tibbi təhsilli bir neçə sərnişin, o cümlədən kardioloq, stüardessaya kömək təklif edib və ekipajla birlikdə təcili enişədək reanimasiya tədbirlərini davam etdiriblər.

Aviaşirkət bildirib ki, ekipaj üzvləri aviasiya və tibbi protokollara tam uyğun şəkildə hərəkət edib və uçuş şəraitində mümkün olan bütün tədbirlər görülüb. SCAT mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Nəqliyyat Polis İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Aktobe Stansiyası Xətt Polis İdarəsi faktla bağlı cinayət işi açıb. Hadisə ilə bağlı istintaq davam edir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
Almatı təyyarə

Digər Xəbərlər