Reklam resmi
Reklam resmi

ABŞ Venesuela tankerini ələ keçirməyi planlaşdırır

ABŞ Venesuela tankerini ələ keçirməyi planlaşdırır
Dünya

ABŞ yaxın həftələrdə Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirməyi nəzərdən keçirir.

Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi məlumat verib.

Vaşinqton Venesuela prezidenti Nikolas Maduro hökumətinə təzyiqi artırmaq məqsədilə “əlavə tankerlərin saxlanılmasına hazırlaşır”. ABŞ hakimiyyətinin artıq “növbəti bir neçə həftə ərzində ələ keçirilə biləcək bir neçə tanker”dən ibarət siyahı hazırladığı bildirilir.

Dekabrın 10-da ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində bir neft tankerinin saxlanılmasını təsdiqləyib və ölkəsinin Venesuela neftinin ələ keçirilməsi planlarını davam etdirəcəyini vurğulayıb. O, həmçinin yaxın vaxtlarda gəminin sahibi barədə məlumatların açıqlanacağını bildirib.

Bu arada ABŞ-da Baş Prokurorluğun funksiyasını icra edən Ədliyyə Nazirliyi saxlanılan tankerin ABŞ sanksiyalarını pozaraq Venesuela və İrandan neft daşıdığını bəyan edib. Departamentin direktoru Pam Bondi gəminin “xarici terror təşkilatlarını dəstəkləmək” üçün istifadə edildiyini iddia edib.

Venesuela Xarici İşlər Nazirliyi isə cavab olaraq bildirib ki, ABŞ-ın Karib dənizində neft tankerini ələ keçirməsi beynəlxalq hüquqa zidd addımdır və “beynəlxalq piratçılıq aktı” kimi qiymətləndirilməlidir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Venesuela

Digər Xəbərlər