Reklam resmi
Reklam resmi

Finlandiyada klub stadionu yandırıldı

Finlandiyada  klub stadionu yandırıldı
Dünya

Finlandiyanın köklü futbol klublarından biri olan "Haka" aşağı liqaya düşdükdən sonra ciddi etirazlarla üzləşib.

Ajans.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, 12 komandalı liqada 16 xalla 11-ci yeri tutan klubun stadionu azarkeşlər tərəfindən yandırılıb.

Hadisənin 15 yaşdan kiçik olan üç uşaq azarkeş tərəfindən törədildiyi müəyyən edilib. Polis yanğını törədən şəxslərin azyaşlı olduqlarına görə cəzalandırılmayacağını bildirib.

Yanğın nəticəsində stadionun bir tribunası tamamilə məhv olub və süni örtüyün müəyyən hissəsi zədələnib.

Mövzular:
Finlandiya

Digər Xəbərlər