Reklam resmi
Reklam resmi

Tramp növbəti münaqişəni həll etməyə hazırlaşır

Tramp növbəti münaqişəni həll etməyə hazırlaşır
Dünya

ABŞ prezidenti Donald Tramp Tayland və Kamboca liderləri ilə telefon vasitəsilə danışıqlar aparmağı planlaşdırdığını və iki ölkə arasında davam edən münaqişənin həlli yollarını müzakirə edəcəyini bildirib.

Ajans.az xəbər verir ki,bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı məlumat verib.

Xarici medianın məlumatına görə, Tramp uzun illərdir davam edən gərginliyi xatırladaraq deyib: “Mən bunu artıq bir dəfə həll etmişəm. İnanıram ki, bunu yenidən və kifayət qədər tez bir zamanda etmək olar. Tayland və Kamboca ilə telefon danışıqlarımız planlaşdırılıb. Düşünürəm ki, onları döyüşləri dayandırmağa vadar edə bilərəm.”

ABŞ administrasiyası regional sabitliyin qorunmasının vacibliyini vurğulayaraq tərəfləri gərginliyi azaltmağa çağırır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər