Xəstəxanaya dəhşətli HÜCUM- BU ÖLKƏDƏ
Myanmada hərbi hava qüvvələrinin Banqladeşlə sərhəddə yerləşən Raxayn əyalətinin Mrauk-U şəhərindəki mərkəzi xəstəxananı bombalaması nəticəsində azı 30 nəfər həyatını itirib.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, zərbə mülki şəxslərin sığındığı tibb müəssisəsinə endirilib.
“Vəziyyət son dərəcə ağırdır. Hazırda 31 nəfərin öldüyünü təsdiqləyə bilirik və bu rəqəmin artacağı gözlənilir. 68 yaralı var, onların sayının da çoxalacağından ehtiyat edirik”, – hadisə yerində çalışan humanitar yardım əməkdaşı bildirib.


Mövzular: