Pakistanda silahlı hücum: altı əsgər HƏLAK OLUB
Pakistanın şimal-qərbindəki nəzarət məntəqəsinə yaraqlılar tərəfindən edilən hücum nəticəsində altı hərbçi həlak olub.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki,hücumun bazar ertəsi axşamı ilə çərşənbə axşamı səhəri arasında, Əfqanıstan sərhədinə yaxın keçmiş Kurram qəbilə rayonunda baş verdiyi bildirilir.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Mövzular: