Reklam resmi
Reklam resmi

Zelenski: "ABŞ sülh planından mübahisəli bəndlər çıxarıldı"

Zelenski: \"ABŞ sülh planından mübahisəli bəndlər çıxarıldı\"
Dünya

ABŞ-ın hazırladığı Ukrayna üzrə sülh planında Kiyev tərəfindən mübahisəli hesab edilən bir sıra maddələr sənəddən çıxarılıb. Hazırda plan 20 bənddən ibarətdir.

Ajans.az xəbər verir ki,bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski UNIAN-a açıqlamasında məlumat verib.

Prezidentin sözlərinə görə, ilkin variantda 28 bənd mövcud idi: “28 bənd var idi, indi 20 bənd var. Biz bu sahəni sadələşdirdik və Ukraynaya qarşı olmayan, lakin mübahisəli hesab etdiyimiz məqamlar çıxarıldı. Amerikalıların ümumi əhval-ruhiyyəsi kompromis tapmaqdır. Əlbəttə, ərazi ilə bağlı çətin məsələlər qalır və hələ ki, kompromis yoxdur”, – deyə Zelenski bildirib.

O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın döyüşlərin necə başa çatması ilə bağlı “öz vizyonu” mövcuddur və bu baxış Ukraynanın mövqeyindən fərqlənir.

“Hər hansı bir ərazidən imtina etməyi düşünürükmü? Bizim belə bir hüququmuz yoxdur — nə Ukrayna qanunvericiliyinə, nə Konstitusiyamıza, nə də beynəlxalq hüquqa görə. Üstəlik, bunun üçün mənəvi haqqımız da yoxdur”, – deyə Zelenski əlavə edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Vladimir Zelenski

Digər Xəbərlər