Reklam resmi
Reklam resmi

Frenk Geri 97 yaşında vəfat etdi

Frenk Geri 97 yaşında vəfat etdi
Dünya

Amerikalı memar Frenk Geri 97 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, məlumatı The New York Times yayıb.

Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində vəfat edib. Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi olub.

Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri hesab edilir və dekonstruktivizm cərəyanının əsas memarlarından sayılır. O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülüb.

Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.

Mövzular:
Amerika Memar

Digər Xəbərlər