Reklam resmi
Reklam resmi

Tanınmış aktyor əməliyyat olundu

Tanınmış aktyor əməliyyat olundu
Dünya

Türkiyənin məşhur kino və teatr aktyoru Halil Ergün ürək problemi səbəbindən əməliyyat keçirib.

Ajans.az "HaberTürk"ə istinadən xəbər verir ki, 79 yaşlı məşhur aktyor özəl xəstəxanada müayinə edilib və ürəyinə stent yerləşdirilib.

Məlumata görə, müayinə zamanı həkimlər aktyorun ürəyinin əsas arteriyasının ciddi şəkildə daraldığını aşkar ediblər.

Uğurlu əməliyyatdan sonra Ergün bir gecə xəstəxanada qalacaq.

Həkimlər prosedurun problemsiz keçdiyini və Halil Ergünün ümumi sağlamlığının yaxşı olduğunu vurğulayıblar.

Mövzular:
Halil Ergün əməliyyat

Digər Xəbərlər