Reklam resmi
Reklam resmi

Gürcüstan DTX azərbaycanlı qadını SAXLADI

Gürcüstan DTX azərbaycanlı qadını SAXLADI
Dünya
487

Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.

 Ajans.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.

 Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 dollar rüşvət alıb.

 Faktla bağlı cinayət işi açılıb. Bu əmələ görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.

 Soydaşımızın bir qadınla Azərbaycan dilində telefon danışığı və 300 ABŞ dolları həcmində rüşvət alması qeydə alınıb.

Mövzular:
Gürcüstan DTX Həbs

Digər Xəbərlər