Reklam resmi
Reklam resmi

Yeni Zelandiyada uşaq bağçasında hadisə: 40 nəfər xəsarət alıb

Yeni Zelandiyada uşaq bağçasında hadisə: 40 nəfər xəsarət alıb
Dünya

Yeni Zelandiyada Kraystçörç şəhərində bir uşaq bağçasında kimyəvi maddələrin düzgün istifadə olunmaması nəticəsində 40 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Ajans.az xəbər verir ki,hadisə bu gün ölkənin Cənub Adasının şərq sahilində baş verib.

Hadisə zamanı xəsarət alanlardan altısı, o cümlədən beş uşaq xəstəxanaya yerləşdirilib. Qurbanlardan ən azı birinin vəziyyəti ağır, ikisinin isə orta ağır qiymətləndirilir.

Yeni Zelandiya Radiosunun məlumatına görə, Milli Təcili Yardım Xidməti hadisə yerinə 18 təcili yardım qrupu, o cümlədən böyük hadisə dəstək qrupu göndərib. Xidmətdən bildirilib: “Hələlik dəqiq xəstə sayı məlum deyil, amma biz onlarla insanın vəziyyətini yoxlayırıq.”

author picture
Leyla Bayandurlu
Mövzular:
Yeni Zelandiya uşaq bağçası

Digər Xəbərlər