59 yaşlı kişini timsah parçaladı
Hindistanın Maxaratşa ştatında 59 yaşlı Laksman Kalgi timsahın qurbanı olub.
Ajans.az xəbər verir ki, bu məlumatı "The Times of India" nəşri yayıb.
L.Kalgi hər gün altı-yeddi dostu ilə birgə Dudxqanqa çayında çimirmiş. Sonuncu dəfə də ora dostları ilə gedib. Onlar birgə suya girsələr də, qəfildən Kalgini itiriblər.
Üç saatdan sonra kişinin qalıqları görünüb. Onun ayaq pəncələrində timsah izləri olub.
Ştatın meşə təsərrüfatı departamentindən bildiriblər ki, timsahlar çoxdan Dudxqanqa çayında məskunlaşıblar. Yerli sakinlər bundan xəbərdar olsalar da, çayda çimməyə davam edirlər.
L.Kalgi ən təhlükəli mövsümdə suya girib. Hazırda timsahlar yumurta qoyduqları üçün özlərini çox aqressiv aparırlar.
Mövzular: