Roma Papası Fransisk Ukraynaya vəsiyyət edib
Roma Papası Fransisk vəsiyyət edib ki, mirasının bir hissəsi Ukraynaya humanitar yardım məqsədilə xərclənsin.
Ajans.az xəbər verir ki,bu barədə Bild məlumat yayıb.
İspaniya radio proqramında çıxış edən rahibə Lusiya Karam bildirib ki, 2025-ci ilin aprelində vəfat edən Papa Fransiskinin vəsiyyətnaməsində onun aktivlərinin bir hissəsinin Ukraynanın təcili yardım maşınlarının alınmasına yönəldilməsi nəzərdə tutulub. Vəsiyyətdə “müharibə zonası” ifadəsi də yer alıb.
Bild-in məlumatına görə, Lusiya Karam 2022-ci ilin fevral ayından bəri Ukraynaya humanitar missiyalarla bir neçə dəfə səfər edib. Rahibə papanın həyat boyu dəfələrlə ona dəstək vəd etməsini xatırladaraq, onun bu jestindən dərin təsirləndiyini bildirib.
O, qeyd edib: “Amma mən heç vaxt bunun belə bir formada olacağını gözləmirdim”.
Mövzular: