Reklam resmi
Reklam resmi

Türkiyədə dəhşətli qəza baş verib

Türkiyədə dəhşətli qəza baş verib
Dünya

Türkiyənin qərbində, Kütahya əyalətində baş verən ağır yol qəzası dörd nəfərin həyatına son qoyub.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Qəzanın Kütahya–Tavşanlı avtomobil yolunda baş verdiyi bildirilir. İlkin məlumatlara görə, qatı duman şəraitində yüksək sürətlə hərəkət edən minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində dörd nəfər həlak olub. Faktla bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə qəza

Digər Xəbərlər