Reklam resmi
Reklam resmi

Məşhur yazıçıya 15 il həbs verilib

Məşhur yazıçıya 15 il həbs verilib
Dünya

Moskva məhkəməsi yazıçı Boris Akunini (Qriqori Çxartişvili) “xarici agent” kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmək ittihamı ilə qiyabi olaraq bir il müddətinə azadlıqdan məhrum edib.

Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki, ittiham aktında Akuninin Telegram kanalında “xarici agent” qeydini göstərmədən dərc etdiyi 76 paylaşım yer alır.

Bundan əvvəl, iyul ayında məhkəmə yazıçını terror fəaliyyətinə yardım etmək, terrorizmi haqlı çıxarmaq və “xarici agent” kimi öhdəlikləri pozmaq ittihamları ilə qiyabi olaraq 14 il həbs cəzasına məhkum etmişdi.

Beləliklə, ümumi hökmə əsasən, Boris Akunin 15 il azadlıqdan məhrum edilib, 600 min rubl (təxminən 13 256 manat) cərimə olunub və altı il müddətinə internetdə nəşr fəaliyyətinə qadağa qoyulub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Boris Akunin Rusiya

Digər Xəbərlər