Reklam resmi
Reklam resmi

Putin: “Rusiya “hər halda” Donbası ələ keçirəcək”

Putin: “Rusiya “hər halda” Donbası ələ keçirəcək”
Dünya

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinə nəzarəti “hər halda” əldə edəcək.

Ajans.az xəbər verir ki,bu barədə o, India Today telekanalına verdiyi müsahibədə danışıb.

“Hamısı bundan ibarətdir: ya biz bu əraziləri silah gücü ilə azad edəcəyik, ya da Ukrayna qoşunları həmin əraziləri tərk edəcək və döyüşləri dayandıracaqlar”, — Putin bildirib.

O, həmçinin iddia edib ki, genişmiqyaslı işğal başlamazdan əvvəl Moskva Kiyevə qoşunlarını Donbasdan çıxarmaq imkanı təklif edib, lakin Ukrayna “döyüşməyi seçib”.

Putin müsahibəsində özünü elan etmiş “DPR” və “LPR”-i səkkiz il ərzində tanımadıqlarını da xatırladıb. Onun sözlərinə görə, Rusiya bu müddət ərzində “respublikalar”la Ukraynanın qalan hissəsi arasında münasibətlərin normallaşdırılmasına çalışıb. Lakin Moskva həmin qurumların “sadəcə məhv edildiyini” gördükdən sonra onları tanımaq qərarına gəldiyini və bunu onların Ukraynanın tərkibində mövcud olduqları inzibati sərhədlər çərçivəsində etdiyini bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər