Belçikada keçmiş AB diplomatı həbs edilib
Belçika polisi Avropa Birliyinin (AB) Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi Stefano Sanninonu həbs edib.
Ajans.az xəbər verir ki,bu barədə L'Echo qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Sannino keçmiş AB diplomatı Josep Borrellin Ali Nümayəndəsi olduğu dövrdə AB-nin diplomatik agentliyində ikinci şəxs vəzifəsini icra edib.
Xatırladaq ki, daha əvvəl hüquq-mühafizə orqanları Avropa Komissiyasının vitse-prezidenti, AB-nin keçmiş xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi və Avropa Kollecinin direktoru Federika Mogerinini dələduzluq işi ilə bağlı həbs etmişdilər.
Mövzular: