ABŞ: “Ukrayna münaqişəsinə tez bir zamanda son qoyacayıq”
ABŞ dövlət katibi Marko Rubio Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə 1 dekabr tarixində keçirdiyi telefon danışığında Vaşinqtonun Ukraynadakı münaqişənin tezliklə həllinə və davamlı sülhün təmin olunmasına sadiq olduğunu vurğulayıb.
Ajans.az xəbər verir ki,bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqotun yaydığı yazılı açıqlamada bildirilib.
Məlumata görə, Rubio və Vadeful “Ukraynadakı müharibəyə son qoymaq üçün davam edən səyləri” müzakirə ediblər. Dövlət katibi söhbət zamanı ABŞ-ın əsas məqsədinin münaqişənin qısa müddətdə dayandırılması və uzunmüddətli sülhün əldə olunması olduğunu bir daha təsdiqləyib.
Mövzular: