Reklam resmi
Reklam resmi

İranda spirtli içkidən bir neçə nəfər ölüb

İranda spirtli içkidən bir neçə nəfər ölüb
Dünya

İki gün əvvəl İranşəhrdə saxta spirtli içkidən zəhərlənən səkkiz nəfərdən dördü həyatını itirib.

Ajans.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki,hadisə nəticəsində üç nəfər görmə qabiliyyətini itirib, daha üç nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Yerli hüquq-mühafizə orqanları məsələ ilə bağlı xüsusi əməliyyat qrupu yaradıb və saxta spirtli içki satışı ilə məşğul olduğu iddia edilən üç nəfər saxlanılıb.

İran Məhkəmə Ekspertizası Mərkəzinin məlumatına görə, ölkədə saxta spirtli içkilərdən zəhərlənmə halları son dövrlərdə artma tendensiyası göstərir. 2025-ci ilin birinci yarısında, xüsusilə aprel, may, iyul və avqust aylarında qeydə alınan zəhərlənmə nəticəli ölümlərin 5%-i saxta spirtli içki ilə bağlı olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran saxta spirtli içki

Digər Xəbərlər