Reklam resmi
Reklam resmi

Türkiyəli aktyor reanimasiyaya yerləşdirildi

Türkiyəli aktyor reanimasiyaya yerləşdirildi
Dünya

Türkiyəli məşhur aktyor Murat Cemcir reanimasiyaya yerləşdirilib.

Ajans. az xəbər verir ki, ötən çərşənbə günü evində pisləşən və təcili yardımla xəstəxanaya aparılan Cemcirin daxili qanaxması olduğu məlum olub.

Yaxınlarının verdiyi məlumata görə, məşhur sənətçinin divertikulyar qanaxması olduğu anlaşılıb və dərhal lazımi müdaxilələr edilib. Müalicəsinə müsbət cavab verən Cemcirin bu gün reanimasiyadan çıxarılması gözlənilir.

Sənətçinin müalicəsi bir müddət xəstəxanada davam edəcək.

Qeyd edək ki, aktyor “Düğün dernek”, “Kardeş payı”, “Babab parası”, “Mahalleden arkadaşlar” və s. layihələrdə rol alıb.

Mövzular:
Aktyor Türkiyə Murat Cemci

Digər Xəbərlər