Reklam resmi
Reklam resmi

Litva Aİ-dən kredit istəyib

Litva Aİ-dən kredit istəyib
Dünya

Litva Avropa İttifaqının SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) hərbi proqramı çərçivəsində müdafiə layihələrinin maliyyələşdirilməsi üçün Avropa Komissiyasına 6,375 milyard avro məbləğində kredit müraciəti təqdim edib.

Ajans.az xəbər verir ki,bu barədə Litva müdafiə nazirinin müavini Karolis Aleksa Brüsseldə Aİ Müdafiə Nazirlərinin Görüşü zamanı jurnalistlərə məlumat verib.

Aleksanın sözlərinə görə, təqdim edilən kredit paketi təxminən 50 müdafiə layihəsinin maliyyələşdirilməsini əhatə edir. Onun bildirdiyinə əsasən, vəsaitin əsas hissəsi Litva ordusunda motorlu piyada diviziyasının yerləşdirilməsi üçün nəzərdə tutulub.

“Tanklar və tırtıllı piyada döyüş maşınlarının alınması üçün milyardlarla avroluq müqavilələr imzalanıb. Hava hücumundan müdafiə sisteminin, pilotsuz uçuş aparatlarına qarşı texnologiyaların gücləndirilməsi və əks-hərəkətlilik şəbəkəsinin yaradılması zəruridir”, – deyə nazir müavini qeyd edib.

Aleksa həmçinin bildirib ki, Litva SAFE proqramı çərçivəsində ayrılacaq vəsaitin bir hissəsindən Ukraynaya hərbi texnika və sursat alınmasında dəstək məqsədilə istifadə etməyi planlaşdırır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Litva Avropa İttifaqı

Digər Xəbərlər