İtlər üçün qocalma əleyhinə dərman satışa çıxa bilər
Sosial şəbəkələrdə itlər üçün hazırlanmış yeni qocalma əleyhinə həblərin FDA tərəfindən dəstəkləndiyi və yaxın zamanda təsdiq ala biləcəyi barədə məlumatlar yayılıb.
Ajans.az xəbər verir ki, bu preparat “yaşlı” itlərin daha uzun müddət sağlam qalmasına kömək edə bilər.
Məlumat bir neçə sosial media hesabı tərəfindən paylaşılıb. Özünü dünyanın ən böyük proqnoz platforması kimi təqdim edən Polymarket “İtlərin daha uzun ömür sürməsinə səbəb olacaq yeni həb gələn il satışa çıxarılacaq” — deyə yazıb.
Digər səhifələrdə isə qeyd olunub ki, “itlər üçün ilk qocalma əleyhinə həb FDA-nın dəstəyini alıb və indi təsdiqə daha yaxındır”, bu isə yaşlı itlərin sağlamlıq müddətini uzada biləcəyi ehtimalını artırır.
Həblərin 2026-cı ildə satışa çıxacağı gözlənilir, lakin rəsmi təsdiq prosesi hələ davam edir.
Mövzular: