Qara dənizdə NÖVBƏTİ tanker zərbə aldı
Qara dənizin Türkiyə sahillərində Qambiya bayrağı altında üzən "Virat" tankerinə hücum edilib.
Ajans.az "İzvestiya"ya istinadən xəbər verir ki, gəminin heyəti xəsarət almayıb. Məlumata görə, gəmi sahildən 56 km məsafədə vurulub.
Gəmidə 20 heyət üzvünün olduğu bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl yaxın ərazidə "Kairos" tankerində yanğın baş verib.
Hər iki gəminin Ukrayna pilotsuz qayıqlarının hücumuna məruz qaldığı qeyd edilib
Mövzular: