Reklam resmi
Reklam resmi

Ağ Evin yeni mətbuat katibi odur

Ağ Evin yeni mətbuat katibi odur
Dünya

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə seçki kampaniyasının mətbuat katibi Karolin Levitti təyin edəcəyini bildirib.

Ajans.az xəbər verir ki, Donald Trampın fikirlərinə görə, Levitt seçki kampaniyasının sözçüsü olduğu müddətdə əla iş görüb. Levitti “ağıllı, sərt və son dərəcə təsirli bir ünsiyyətçi” olaraq xarakterizə edən Tramp, “Mən əminəm ki, o, podiumda uğur qazanacaq və Amerikanı yenidən möhtəşəm edərkən Amerika xalqına mesajımızı çatdırmağa kömək edəcək” ifadələrini işlədib.

Trampın ilk prezidentliyi dövründə Ağ Ev mətbuat katibinin müavini vəzifəsini icra edən Levitt X hesabında Trampın açıqlamasını paylaşaraq seçilmiş prezidentə təşəkkür edib. Başqa bir açıqlamada Tramp seçki kampaniyasının kommunikasiya direktoru olan Stiven Çenqı Ağ Evin kommunikasiya direktoru təyin edəcəyini açıqlayıb.

author picture
Ajans_az Muxbir
Mövzular:
Ağ Ev Mətbuat katibi Tramp Yeni

Digər Xəbərlər