Reklam resmi
Reklam resmi

Türkiyədə 150-dən çox tikinti işçisi zəhərlənib

Türkiyədə 150-dən çox tikinti işçisi zəhərlənib
Dünya

Türkiyənin Ankara şəhərinin Sincan rayonunda kütləvi qida zəhərlənməsi hadisəsi baş verib. İaşə şirkəti tərəfindən təqdim olunan yeməkləri yedikdən sonra 154 tikinti işçisi xəstəxanaya aparılıb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, işçilər nahar yeməyindən dərhal sonra səhhətləri ilə bağlı problemlər yaşamağa başlayıblar. Zəhərlənmə əlamətləri göstərən bütün işçilər yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb və onlara təcili tibbi yardım göstərilib.

Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanları iaşə şirkətinin dörd əməkdaşını şübhəli şəxs qismində saxlayıb. Kütləvi zəhərlənmənin dəqiq səbəbi araşdırılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Sincan rayonu

Digər Xəbərlər