Reklam resmi
Reklam resmi

İlk “Hörümçək Adam” VƏFAT ETDİ

İlk “Hörümçək Adam” VƏFAT ETDİ
Dünya

Hörümçək Adamı ilk dəfə ekranda canlandıran aktyor və “Sesame Street” layihəsinin keçmiş kuklaçısı Denni Siqren vəfat edib.

Ajans.az xəbər verir ki,bu barədə Mirror nəşri məlumat yayıb.

Aktorun ölüm səbəbi, tarixi və dəfn mərasiminin yeri açıqlanmayıb.

Denni Siqren uzun illər ərzində ssenarist, rəqqas və prodüser kimi fəaliyyət göstərib. O, 1974-cü ildə “Muppets” üzərində işlədiyi müddətdə “The Electric Company” üçün Hörümçək Adam roluna aktyor axtarıldığını öyrəndikdən sonra dinləmələrdə iştirak edib və seçilərək bu obrazı canlandıran ilk şəxs olub. Məhz bu rol ona geniş şöhrət gətirib.

Təqaüdə çıxdıqdan sonra Siqren Cənubi Karolinanın Litl River şəhərində yaşayırdı. Son illər isə Comic Con tədbirlərində iştirak edərək, uşaqlıqdan bəri onu tanıyan və sevən pərəstişkarları ilə görüşürdü.

Aktorun ailəsi dəfn mərasimindən sonra onun xatirəsinə anım tədbiri keçiriləcəyini bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Hörümçək Adam Denni Siqren

Digər Xəbərlər