Reklam resmi
Reklam resmi

Özbəkistanda elektron siqaretlər qadağan edildi

Özbəkistanda elektron siqaretlər qadağan edildi
Dünya

Özbəkistanda elektron siqaretlərin və nikotin tərkibli cihazların dövriyyəsini ciddi şəkildə məhdudlaşdıran yeni qanunvericilik dəyişiklikləri qüvvəyə minib.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Dəyişikliklərə əsasən, elektron siqaretlərin, tütün məmulatlarının və nikotin çatdırılma sistemlərinin ölkəyə idxalı və ixracı, eləcə də onların istehsalı, əldə edilməsi, saxlanması və daşınması cinayət məsuliyyəti yaradır. Qadağan olunmuş məhsulların ölkə daxilində yayılması da eyni şəkildə cəzalandırılır.

Qanunun tələblərinin əhəmiyyətli dərəcədə pozulması və ya inzibati məsuliyyətdən sonra təkrar pozuntu hallarında daha sərt sanksiyalar tətbiq edilir. Cəzalar 300–500 əsas hesablama vahidi (ƏHV) məbləğində cəriməni, iki ildən üç ilədək islah işlərini, üç ildən beş ilədək azadlığın məhdudlaşdırılmasını və ya üç ildən beş ilədək azadlıqdan məhrumetməni əhatə edə bilər.

Eyni zamanda, qanun könüllü şəkildə hüquq-mühafizə orqanlarına məlumat verən və qadağan olunmuş cihazları təhvil edən şəxslərin cinayət məsuliyyətindən azad ediləcəyini nəzərdə tutur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Özbəkistan elektron siqaretlər

Digər Xəbərlər