Şimali Koreya məktəblərdə rus dilini məcburi fənn edib
Koreya Xalq Demokratik Respublikasında (KXDR) rus dili dördüncü sinifdən etibarən məktəblərdə məcburi fənn kimi tədris olunur.
Ajans.az xəbər verir ki,bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Təbii Sərvətlər naziri və Rusiya-KXDR Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksandr Kozlov bildirib ki, rus dili artıq Şimali Koreya məktəblərində məcburi dilə çevrilib. Onun sözlərinə görə, hazırda Rusiyada 3 mindən çox şagird Koreya dilini öyrənir və onların əksəriyyəti bunu ikinci və ya üçüncü xarici dil kimi öyrənir.
Kozlov həmçinin əlavə edib ki, 2026-cı ildə KXDR-də Kim Çol-ju Normal Universitetində Rus Dilində Açıq Təhsil Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin binası hazırda tikilməkdədir.
Mövzular: