Reklam resmi
Reklam resmi

Rusiyada idarə olunan göyərçin dronları təqdim edildi

Rusiyada idarə olunan göyərçin dronları təqdim edildi
Dünya

Rusiyanın Neiry şirkəti neyroçiplər vasitəsilə uçuşu idarə edilə bilən göyərçinləri ictimaiyyətə təqdim edib.

Ajans.az TASS-aistinadən xəbər verir ki, bu biodronlar əsasən monitorinq və təhlükəsizlik məqsədləri üçün istifadə oluna bilər.

Şirkət izah edib ki, neyroçip göyərçinin belindəki çantaya yerləşdirilmiş avadanlıqla birlikdə beynin müəyyən sahələrini neyrostimullaşdırır və quşun könüllü olaraq sola və ya sağa uçmasına imkan verir. “Bu, məcburi hərəkət deyil, sadəcə quşun təbii bioloji reaksiyalarını gücləndirir və onun psixoloji və fiziki rifahına zərər vermir”, – deyə şirkət bildirib.

Biodronlara əlavə edilmiş videokamera günəş panelləri ilə işləyir və mövqeləndirmə GPS və digər naviqasiya sistemləri vasitəsilə həyata keçirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Neiry şirkəti

Digər Xəbərlər